Poti Limanı Saakaşvili ilə bağlı açıqlama yaydı

Poti Limanı Saakaşvili ilə bağlı açıqlama yaydı
  05 Oktyabr 2021    Oxunub:1172
Gürcüstanın sabiq prezidenti Mixel Saakaşvilinin ölkəsinə qanunsuz olaraq Poti limanı ilə daxil olması ilə bağlı heç bir məlumat yoxdur.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin açıqlmasında deyilir.

"Poti dəniz limanı əraziyə daxil olan və çıxan malların və onları müşayiət edən şəxslərin yoxlanılması səlahiyyətinə malik deyil və buna görə məsuliyyət daşımır. Bu prosesə aidiyyəti dövlət qurumları tərəfindən tam nəzarət edilir və idarə olunur", - məlumatda vurğulanıb.

Açıqlamada iki liman işçisinin saxlanılması ilə əlaqədar istintaq orqanlarından rəsmi məlumat gözləndiyi qeyd edilib. "Poti Dəniz Limanı Korporasiyası" rəhbərliyi lazım gələrsə hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirir".

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinə ölkəyə qanunsuz girişdə kömək edən daha iki nəfərin saxlanılması məlum olub. Saxlanılanlar ata və oğul - Şalva və Zurab Çoçoriyadır. Onlara qarşı "Gürcüstanın dövlət sərhədi üzərindən miqrantların qanunsuz daşınması və ölkədə qanunsuz qalmaları üçün müvafiq şəraitin yaradılması" maddəsi ilə cinayət işi açılıb. Bu iş üzrə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

M.Saakaşvili oktyabrın 1-də Gürcüstana qayıdıb, həmin gün Tbilisidə saxlanılıb. Hazırda həbsxanadadır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti