Ermənistanda virusdan ölənlərin sayı 5419 nəfərə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 5419 nəfərə çatıb
  05 Oktyabr 2021    Oxunub:941
Ermənistanda son sutka ərzində daha 891 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 266 208 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 22 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5419-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1220 nəfərdir. Aktiv xəstələrin sayı 14 193 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti