“Zəfər ilinin müəllimi” layihəsinə start verilir

“Zəfər ilinin müəllimi” layihəsinə start verilir
  05 Oktyabr 2021    Oxunub:1194
Təhsil Nazirliyi “Zəfər ilinin müəllimi” adlı layihəyə start verir.
Nazirlikdən Azvision.az -averilən məlumata görə, layihə bu ilin sonunadək davam edəcək.

Sözügedən layihə çərçivəsində Təhsil Nazirliyinin internet resurslarında 44 günlük Vətən müharibəsində döyüşən, o cümlədən şəhid olan müəllimlərimiz haqqında posterlərin, yazı, müsahibə, videosüjetlərin hazırlanaraq #ZəfərİlininMüəllimi həştəqi altında yayımı nəzərdə tutulur.

Bundan əlavə, hər kəs layihəyə uyğun olaraq sosial şəbəkələrdə #ZəfərİlininMüəllimi həştəqi altında müvafiq paylaşımlar edə bilər.

Qeyd edək ki, layihənin məqsədi Vətən müharibəsi iştirakçısı olmuş müəllimlərin geniş ictimaiyyətə tanıdılmasıdır.

Azvision.az


Teqlər: Müəllim  





Xəbər lenti