Türkiyə səfiri Polad Həşimovun evini ziyarət etdi - FOTO

   Türkiyə səfiri Polad Həşimovun evini ziyarət etdi -    FOTO
  05 Oktyabr 2021    Oxunub:1731
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun evini ziyarət edib, anası Səmayə Həşimova ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə səfir özünün tvitter hesabında yazıb.

“Şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Türk bayrağını hədiyyə etdik və xeyir-duasını aldıq. Səmayə xanım dedi ki, Allah türk millətini qorusun. Cənab Ərdoğana və türk millətinə salamlarını çatdırmağımı xahiş etdi. Baş üstə cavabını verdim”, - diplomat bildirib.






Azvision.az


Teqlər: Polad-Həşimov   General  





Xəbər lenti