Zakir Həsənov Hulusi Akarla görüşdü - VİDEO

   Zakir Həsənov Hulusi Akarla görüşdü -  VİDEO
  05 Oktyabr 2021    Oxunub:1628
Azərbaycanın Müdafiə Nazirliyi müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla görüşü barədə məlumat yayıb.
Nazirlikdən Azvision.az -a daxil olan məlumatda deyilir: "Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub. General-polkovnik Z.Həsənov Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.



İkitərəfli görüşdə hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd olunub. Sonda Müdafiə naziri general-polkovnik Z.Həsənov qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini vurğulayıb".

Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti