Telman İsmayılovun ekstradisiyasına hazırlıq görülür

Telman İsmayılovun ekstradisiyasına hazırlıq görülür
  05 Oktyabr 2021    Oxunub:594
Rusiyanın Baş Prokurorluğu Azərbaycan əsilli iş adamı Telman İsmayılovun ekstradiyası üçün hazırlığa başlayıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölknin Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, iş adamının təhvil verilməsi üçün Monteneqro prokurorluğu ilə əməkdaşlıq aparılır.

Xatırladaq ki, Çernoqoriyanın Podqoritsa məhkəməsi oktyabrın 2-də Telman İsmayılovun barədə həbs qərarı çıxarıb. Rusiya tərəfinin sorğusu əsasında saxlanılan azərbaycanlı iş adamı iki sahibkarın qətlinin təşkilində günahlandırılır.

T.İsmayılov sığanacaq almaq üçün Monteneqro hökumətinə müraciət edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Telman-İsmayılov  





Xəbər lenti