"Facebook"u çökdürən marşrutlayıcı nədir?
Bəs marşrutlayıcı (router) nədir? Məlumatlar necə silinə bilər?
İT üzrə mütəxəssis Mehman Meybaliyev Azvision.az -a bildirib ki, router (marşrutlayıcı) birdən çox şəbəkə arasında bağlantı yaradan avadanlıqdır
- Marşrutlayıcı, yəni ötürücü məlumatları müəyyən olunmuş marşrutlarla ötürən cihazdır. O, sosial şəbəkə ilə istifadəçini birləşdirir. İnternet provayderlərin hərəsi 255 IP-dən ibarət blokları olur. Biz internet provayderlərin bloklarındakı İP-lərdən birinə qoşuluruq. Həmin IP vasitəsilə marşrutizatorlar bizi sosial şəbəkənin IP bloklarına yönəldir. Bizim marşrutu digər marşruta calayır. Saytın, məsələn, "Facebook"un da öz IP blokları var. Həmin IP bloklar arasında saytın bir ədəd domeni tanıyan IP-si olur. Ona çatana qədər cihaz işini görür, bizi ora "aparır".
Mütəxəssis qeyd edib ki, Feysbukun məhz marşrutizatorlar səbəbindən çökməsi ona inandırıcı gəlmir. Həmin saatlarda çaşdırıcı məlumatlar çox yayılırdı, bu da onlardan biri idi.
- Gecə "facebook.com" domeninin satışda olduğu haqda xəbər yayıldı. Bu da yalan idi. Domen olduğu kimi qalırdı. Problem olan zaman domenin serverlərlə əlaqəsi kəsildiyi üçün məlumatlar görünməyib. Kimsə də elə bilib ki, domen satışdadır. Lakin domen öz sahibində idi və satışda ola bilməzdi.
Aytən
Azvision.az
Teqlər: Facebook