Bakıda bir sinif distant təhsilə keçdi

   Bakıda bir sinif distant təhsilə keçdi
  05 Oktyabr 2021    Oxunub:1109
Bakı şəbəri 162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.
Bakı şəhər Təhsil İdarəsində Azvision.az -a verilən məlumata görə, məktəbdə əyani təhsil davam edir.

Məlumatda qeyd edilib ki, paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub . Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb  





Xəbər lenti