Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirləri görüşüb

   Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirləri görüşüb
  05 Oktyabr 2021    Oxunub:722
Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın Müdafiə naziri cənab Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.

Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar. Sonda danışıqların yekununa dair protokol imzalanıb.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti