İrandan Azərbaycana daha bir xəyanət

   İrandan Azərbaycana daha bir xəyanət
  05 Oktyabr 2021    Oxunub:3871
Bu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb.
Bununla bağlı APA-nın hərbi dairələrdən əldə etdiyi məlumata görə, İranın Azərbaycana qarşı növbəti xəyanəti Ermənistanın diqtəsi ilə həyata keçirilib.

İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir. Bu, əsasən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşımalarda özünü göstərir.

"İranın Azərbaycana növbəti dəfə zərbə vurmaq cəhdi Naxçıvandakı hərbi hissələrin təchizatına bir o qədər də təsir göstərməyəcək. Azərbaycan bu marşrutdan çox az istifadə edir və daha çox digər marşrutlar üzrə daşımalara üstünlük verir" - deyə mənbə bildirib.

Azvision.az


Teqlər: İran   Naxçıvan  





Xəbər lenti