Fransa Katolik kilsəsində 216 min uşaq təcavüzə məruz qalıb

 Fransa Katolik kilsəsində 216 min uşaq təcavüzə məruz qalıb
  05 Oktyabr 2021    Oxunub:865
1950-ci ildən 2020-ci ilə qədər Fransada 216 min uşaq Katolik kilsəsi nümayəndələrinin cinsi cinayətlərinin qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə kilsədə cinsi təcavüzü araşdıran müstəqil komissiyanın yaydığı hesabatda deyilir.

"1950 -ci ildən bəri keşişlər və ya dini xadimlər tərəfindən cinsi cinayətlərə məruz qalan 216 min azyaşlı var", - komissiyanın rəhbəri Jan-Mark Sove bildirib.

Onun sözlərinə görə, kilsə ilə əlaqəli dünyəvi şəxslərin törətdikləri cinayətləri də bura əlavə etsək, bu rəqəm 330 minə çatacaq.

Sove qeyd edib ki, uşaqlıqda təcavüzə məruz qalan qadın və kişilərin 60% -i indi məyusluq yaşayır: “Bu, onların ailə həyatına, karyerasına və ictimai həyatına mənfi təsir göstərir”.

Komissiya rəhbəri 2000 -ci illərə qədər zorakılıq qurbanlarına laqeydlik olduğunu da əlavə edib. Bildirib ki, onlara inanmayıblar, onları eşitməyiblər.

Xatırladaq ki, 2021-ci ilin mart ayında Fransa yepiskopları keşişlər arasında pedofiliya hallarına görə kilsənin cavab verməyə hazır olduğuna dair qərarı təsdiq ediblər.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Fransa  





Xəbər lenti