Saakaşvilinin partiyası genişmiqyaslı aksiyalara başlayır

Saakaşvilinin partiyası genişmiqyaslı aksiyalara başlayır
  05 Oktyabr 2021    Oxunub:715
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat” müxalifət partiyası Tbilisidə genişmiqyaslı etiraz aksiyalarına başlayır.
Azvision.az xəbər verir ki, bu barədə partiyanın nümayəndəsi, deputat Levan Xabeyşvili deyib.

Onun sözlərinə görə, aksiyada əsas tələb Saakaşvilinin azad edilməsi və növbədənkənar parlament seçkilərinin təyini olacaq.

"Biz seçkilərin ikinci turuna hazırlaşırıq, buna qədər isə genişmiqyaslı aksiyalar olacaq. Mübarizəni mütləq davam etdirəcəyik. Yaxın günlərdə paytaxtda çox böyük bir aksiya olacaq. Həmçinin, qələbəni mütləq şəkildə rəsmiləşdirəcəyimiz ikinci tura hazırlaşacağıq ", - deputat bildirib.

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan   Aksiya  





Xəbər lenti