İncəsənət xadimlərinə dövlət mükafatları təqdim olunub

İncəsənət xadimlərinə dövlət mükafatları təqdim olunub
  05 Oktyabr 2021    Oxunub:779
Bu gün Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bir qrup əməkdaşının və bir sıra incəsənət xadimlərinin mükafatlarının təqdimat mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov və ölkə Prezidentinin 29 mart 2020-ci il, 5 iyun, 31 iyul, 17 mart 2021-cil tarixli sərəncamlarında nəzərdə tutulmuş sənətçilər iştirak edib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov mükafat alan incəsənət xadimlərini təbrik edib: “Bu gün müəllimlər günüdür. Mən incəsənət xadimlərini müəllimlərdən ayırmıram. Əgər müəllimlərin silahı auditoriyadırsa, sizin də silahınız səhnədir. Ölkə rəhbərliyi incəsənət xadimlərinin fəaliyyətini diqqətdə saxlayıb. Bu, artıq bir ənənədir. Ulu öndərdən başlayan bu ənənə Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir. Azərbaycan dövləti teatr sənətinə, o cümlədən Rus dram teatrına diqqət göstərir. Biz səngərdə qələbə qazanmışıq, mədəniyyət sahəsində isə mücadiləmiz davam edir. Bu mübarizənin əsgərləri incəsənət xadimləridir. Düşmən bizi dünyaya başqa cür tanıtmaq istəyir. Onların bizi dünyaya barbar kimi təqdim etmə cəhdləri nəticəsiz qalıb. Azərbaycanın zəngin mədəniyyəti var. Ulu öndərin də dediyi kimi, güclü mədəniyyəti olan xalqı məğlub etmək olmaz. Bu gün Mədəniyyət Nazirliyi mədəniyyətimizin təbliğində əlindən gələni edir. Bu, təkcə nazirliyin yox, hər bir vətəndaşın vəzifəsidir”.

Sonra mükafatlar təqdim edilib.

Azvision.az


Teqlər: Mədəniyyət  





Xəbər lenti