Azərbaycanda 826 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb

   Azərbaycanda 826 nəfər koronavirusa yoluxub,  15 nəfər ölüb
  05 Oktyabr 2021    Oxunub:804
Azərbaycanda bu gün koronavirus infeksiyasına 826 yeni yoluxma faktı qeydə alınıb, 1597 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 15 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 487 204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 467 043 nəfər müalicə olunaraq sağalıb, 6 599 nəfər vəfat edib, aktiv xəstə sayı 13 562 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 201, ötən müddət ərzində isə ümumilikdə 4 902 328 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti