İnstaqram və feysbukun işində növbəti dəfə problem yarandı

İnstaqram və feysbukun işində növbəti dəfə problem yarandı
  05 Oktyabr 2021    Oxunub:783
Dünyanın müxtəlif ölkələrində instagram və facebook istifadəçiləri sosial şəbəkələrin işində irimiqyaslı fasilələr olduğunu bildiriblər.
Azvision.az xəbər verir ki, bu barədə “Downdetector” xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, səhər saatları ilə müqayisədə problemlərlə bağlı şikayətlərin sayı 5 dəfə artıb, ən çox problem amerikalı istifadəçilərdədir.

Sosial şəbəkənin işindəki nasazlıqlar əsasən Rusiya, İngiltərə, Fransa, Almaniya, Niderland və digər ölkələrdə müşahidə olunur.

Problem əsasən tətbiq və saytın işi, həmçinin serverə qoşulma ilə əlaqədardır.

Qeyd edək ki, ötən gün “Facebook”, “Instagram” və “WhatsApp”, eləcə də dünyanın bir sıra sosial şəbəkə platformaları və servislərində də nasazlıq yaranıb.

Azvision.az



Teqlər: sosialşəbəkə  





Xəbər lenti