Bu prokurorluq işçilərinin ailələrinə hər ay pul veriləcək

   Bu  prokurorluq işçilərinin ailələrinə hər ay pul veriləcək
  05 Oktyabr 2021    Oxunub:788
Nazirlər Kabineti Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi qaydasının təsdiq edilməsi ilə bağlı 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarında dəyişiklik edib.
Azvision.az xəbər verir ki, müfaviq qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

Qərara əsasən, pul kompensasiyası hər ay prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinin ailə üzvlərinə də veriləcək.

Azvision.az


Teqlər:





Xəbər lenti