Lavrov və Blinken İranın nüvə razılaşmasını müzakirə ediblər

Lavrov və Blinken İranın nüvə razılaşmasını müzakirə ediblər
  06 Oktyabr 2021    Oxunub:785
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası perspektivlərini müzakirə ediblər. Həmçinin, ikitərəfli gündəliyin bir sıra aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: İran   ABŞ   Rusiya  





Xəbər lenti