İranda avtobus aşıb, yaralılar var

İranda avtobus aşıb, yaralılar var
  06 Oktyabr 2021    Oxunub:644
İranda sərnişin avtobusu qəzaya uğrayıb, hadisə nəticəsində 33 nəfər yaralanıb.
Azvision.az "Fars" agentliyinə istinadən xəbər verir ki, qəza Semnan əyalətinin Damğan-Şahrud magistral yolunda baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbi araşdırılır.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: İran   Qəza  





Xəbər lenti