Azərbaycanla yeni hərtərəfli sazişin imzalanması Aİ üçün əsas prioritetdir

   Azərbaycanla yeni hərtərəfli sazişin imzalanması Aİ üçün əsas prioritetdir
  06 Oktyabr 2021    Oxunub:497
"Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni hərtərəfli sazişin imzalanması bizim əsas prioritetimiz olacaqdır. Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaqdır".
Azvision.az -ın xəbərinə görə, bunu oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.

"Avropa İttifaqı "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır. Biz gözlənilən "Şərq tərəfdaşlığı" sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik", - o bildirib.

Azvision.az


Teqlər:





Xəbər lenti