Kosmonavt Palma vulkanının gecə görüntüsünü çəkdi

Kosmonavt Palma vulkanının gecə görüntüsünü çəkdi
  06 Oktyabr 2021    Oxunub:1834
Bir müddət öncə İspaniyanın Palma adasında püskürən vulkan bölgədə ciddi fəsadlar törədib. Azvision.az xəbər verir ki, təbii fəlakətin miqyasını göstərən yüzlərlə görüntülər dünya mediasının gündəminə çevirlib.
Dünən isə Avropa Kosmik Agentliyinin (ESA) fransız astronavtı Tomas Peske gecə saatlarında vulkan və lavanın yaratdığı arzuolunmaz mənzərəsini lentə alıb. xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində paylaşım edib.

"La Palma üzərindəki vulkan çox təsir edici görünür"- Peske yazıb.

O, həmçinin əlavə etdi ki, lavalar Atlantik okeanına tökülərkən şəhər işıqlarından daha parlaq görünürlər.



Xatırladaq ki, İspaniyanın Palma adasındakı Kumbre Viexa vulkanı sentyabrın 19-dan püskürməyə başlayıb. Səlahiyyətlilər təxminən 6 min insanı təxliyə etməli olublar.

Tural Tağıyev
Azvision.az



Teqlər: Vulkan  





Xəbər lenti