Azərbaycanın Qırğızıstandakı səfiri dəyişdirildi

   Azərbaycanın Qırğızıstandakı səfiri dəyişdirildi
  06 Oktyabr 2021    Oxunub:519
Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, L.Qəndilov bu ilin iyulunda Azərbaycanın Belarusdakı səfiri vəzifəsindən geri çağırılmışdı.


Azvision.az



Teqlər: Qırğızıstan  





Xəbər lenti