Şabranda karantini pozan 8 nəfər saxlanılıb

Şabranda karantini pozan 8 nəfər saxlanılıb
  07 Oktyabr 2021    Oxunub:623
Şabranda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində Rauf Əmiraslanova məxsus çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Ümumilikdə 8 nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti