İlham Əliyev Vladimir Putinlə danışıb

 İlham Əliyev Vladimir Putinlə danışıb
  07 Oktyabr 2021    Oxunub:1284
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Azvision.az xəbər verir ki,bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.

Dövlətimizin başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı bölgədəki vəziyyət müzakirə edilib.

Azvision.az


Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti