Ərdoğanla Putin arasında telefon danışığı olub

   Ərdoğanla Putin arasında telefon danışığı olub
  07 Oktyabr 2021    Oxunub :419
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az bu barədə "TASS" istinadən xəbər verir.

Ərdoğan Rusiya liderini ad günü münasibətilə təbrik edib.

"Danışıqlar zamanı Türkiyə-Rusiya münasibətləri və regional məsələlər müzakirə edildi. Prezident Ərdoğan həmkarı Vladimir Putini ad günü münasibətilə təbrik etdi",- məlumatda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Türkiyə  







Xəbər lenti