ABŞ ordusu 3750 nüvə başlığına sahibdir

ABŞ ordusu 3750 nüvə başlığına sahibdir
  07 Oktyabr 2021    Oxunub:685
ABŞ Dövlət Departamenti rəsmiləri, ölkədə olan nüvə başlıqlarının sayını açıqlayıb.
Azvision.az xəbət verir ki, 2020 -ci ilin sentyabr ayına qədər olan məlumata görə Pentaqon 3750 nüvə başlığına sahibdir.

"Dövlətlərin nüvə silahları haqqında məlumatların şəffaflığının artırılması nüvə silahının yayılmaması baxımından əhəmiyyətlidir"- ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd edək ki, keçmiş prezident Donald Trampın bu cür məlumatların yayımını qadağan etməsi səbəbindən məlum statistika son dörd ildə ilk dəfədir ki, ictimaiyyətə açıqlanıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   Nüvə-Başlığı  





Xəbər lenti