BMT Baş katibi yeni ştammların yayılmasının əsas səbəbini açıqladı

   BMT Baş katibi yeni ştammların yayılmasının əsas səbəbini açıqladı
  07 Oktyabr 2021    Oxunub:1192
Peyvəndlərin qeyri-bərabər paylanması COVID-19-un yeni növ ştammlarının yayılmasına və iqtisadi problemlərin davam etməsinə səbəb olur.

Azvision.az xarici mətbuatına istinadən bildirir ki, bunu BMT Baş katibi Antonio Quterres Ümumdünya Səhiyyə Təşkilatı ilə vaksinlərin ədalətli paylanması mövzusunda keçirilən birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
"Yeni ştammların sürətlə çoxalması dünyada milyonlarla şəxsin ölümünə səbəb olur. Eyni zamanda iqtisadi bağlanmalar trilyonlarla dollara başa gəlir".

BMT baş katibinin sözlərinə görə, yeni ştammların səbəb olacağı mənfi nəticələrdən qaçmaq üçün peyvəndləmə vacibdir.

"Hal-hazırda ayda təxminən 1,5 milyard doza peyvənd istehsal edilir. Əgər biz peyvəndlərin ədalətli paylanması üçün təxminən 8 milyard dollar səfərbər etsək, bütün ölkələrdə peyvəndləməni 40 faizə çatdıra bilərik. Ədalətli vaksin bölgüsündən imtina etmək, nəinki anormallıqdır, həm də axmaqlıqdır".

Azvision.az


Teqlər: Koronavirus   Peyvənd  





Xəbər lenti