Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub
  07 Oktyabr 2021    Oxunub:513
Yaponiyanın paytaxtı Tokioda və ətraf ərazilərdə 6,1 maqnitudalı zəlzələ olub.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Mərkəzi Tokio və Çiba prefekturalarının sərhədi yaxınlığında olan zəlzələnin ocağı 80 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində 20 nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, zəlzələdən sonra paytaxtətrafı dəmir yollarında “Shinkansen” sürət qatarlarının səfərləri dayandırılıb.

Azvision.az




Teqlər: Zəlzələ  





Xəbər lenti