Heydər Əliyev Sarayı ilk tədbirini şəhid və qazi ailələrinə həsr edib

Heydər Əliyev Sarayı ilk tədbirini şəhid və qazi ailələrinə həsr edib
  07 Oktyabr 2021    Oxunub:1144
Heydər Əliyev Sarayı Mədəniyyət Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər eləcə də Vətən uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin ailələri üçün hazırlanmış “Bakıdan Qarabağa” ədəbi-bədii musiqili kompozisiyanı təqdim edib.
Azvision.az xəbər verir ki, Heydər Əliyev Sarayı ilk tədbirini məhz şəhid və qazi ailələrinə həsr edib.

Ədəbi-bədii musiqili kompozisiyanın proqramı çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestri, Xalq artistləri Flora Kərimova, Samir Cəfərov, Nürəddin Mehdixanlı, Əməkdar artistlər Ramil Qasımov, Teymur Əmrah, Fərqanə Qasımova, İnarə Babayeva və Zamiq Hüseynov, Nərmin Kərimbəyova, Samirə, Abgül Mirzəliyev, Nadir Qafarzadə, Kənan Qədimov, Aynur İskəndərli iştirak ediblər.















Azvision.az



Teqlər:





Xəbər lenti