Maşın bazarında ucuzlaşma - REPORTAJ

Maşın bazarında ucuzlaşma - REPORTAJ
  01 Aprel 2013    Oxunub:12040
Rusiya istehsalı olan avtomobillərin qiymətində ucuzlaşma müşahidə olunmaqdadır
Son zamanlar ölkəmizdə avtomobillərin sayı sürətlə artmaqdadır. Ölkə sakinlərinin əksər hissəsi daha çox ikinci əl avtomobillərinə üstünlük verir.
Bu avtomobillər isə, ölkəmizə daha çox Gürcüstan və Almaniyadan gətirilir.
Uzun müddət Azərbaycanda populyar olan Rusiya istehsalı olan "Vaz" avtomobilləri isə demək olar ki, rəqabətdə Avropa avtomobillərinə uduzmaqdadır.

Nəzərinizə çatdıraq ki, ötən ildən etibarən ölkəmizə Rus istehsalı olan avtomobillərin idxalına qadağa qoyulub və bu hal avtomobillərin qiymətinin ucuzlaşmasına, maşınlara marağın azalmasına səbəb olub.

Bunu Bakıda müşahidə apardığımız avtomobil bazarında Rus istehsalı olan avtomobillərin satışı ilə məşğul olan sahibkar qeyd etdi.
Sahibkarın bildirdiyinə görə, son 3 ayda alıcıların azalması müşahidə olunmaqdadır, avtomobillərin əsas müştəriləri isə rayonlardan olan sakinlərdir.
Həmçinin, maşınların qiymətində 1000-1500 azn ucuzlaşma müşahidə olunmaqdadır.

Avropa istehsalı olan avtomobillərin qiymətində isə əksinə bahalaşma nəzərə çarpır. Almaniyadan və Gürcüstandan gətirilən avtomobillərin müştəriləri artmaqdadır.

AzVision.az-ın əməkdaşının söhbət etdiy əcnəbi maşınların satışı ilə məşğul olan sahibkarın bildirdiyinə görə, Avropa istehsalı olan maşınların qiymətində 1000 manatadək bahalaşma var.
Asiya ölkələrinin istehsalı olan avtomobillərin qiyməti isə sabit olaraq qalıb.

Hazırladı: Xəyal Əzizov
Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti