Türkiyə Amerikadan 40 “F-16” almaq istəyir

 Türkiyə Amerikadan 40 “F-16” almaq istəyir
  08 Oktyabr 2021    Oxunub:1670
1952-ci ildən bəri yalnız ABŞ istehsalı və ya onun lisenziyası ilə istehsal edilən döyüş təyyarələrindən istifadə edən Türkiyə, ABŞ-dan yeni “F-16”lar almağı, istismarda olanları isə modernləşdirməyi planlaşdırıb.
Azvision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Ankara yeni 40 “F-16” amerika qırıcı təyyarələrini almaq və istismarda olan daha 80 ədəd belə təyyarənin modernləşdirilməsi barədə Vaşinqtona müraciət edib. Müraciətin Dövlət departamenti və hökumətin Pentaqonun strukturuna daxil olan profil şöbəsi tərəfindən araşdırıldığı bildirilir. Qeyd edək ki, təyyarələrlə bağlı anlaşmanın dəyəri təxminən bir neçə milyard dollardır.

“Reuters” sözügedən qurumların anlaşmanı təsdiqləsə də, Konqressin ona qadağa qoya biləcəyini də yazır ki, bu da təsadüfi deyil. Belə ki, həm respublikaçılar, həm də demokratlar Rusiyadan “S-400” zenit-raket kompleksləri aldığına görə, Ağ ev administrasiyasını Ankaraya təzyiq göstərməyə çağırırlar.

-Konqresə rəsmi qaydada təqdim olunmayana qədər silahların və texnikanın mümkün satışları və ya verilməsi barədə məlumatları Dövlət departamenti nə təsdiqləyir, nə də ki, şərh edir,- ABŞ xarici siyasət idarəsində bildiriblər.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti