Çavuşoğlu Ermənistan-Azərbaycan münasibətlərindən danışdı

 Çavuşoğlu Ermənistan-Azərbaycan münasibətlərindən danışdı
  08 Oktyabr 2021    Oxunub:547
“Ermənistanla Azərbaycan arasında əməkdaşlığa ancaq yeni düşüncə və aktiv diplomatiya ilə nail ola bilərik".
Azvision.az - ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov Universitetindəki çıxışında deyib.

Onun sözlərinə görə, Sovet İttifaqının dağılmasından dərhal sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yaradılması təqdirəlayiq addımdır.

"Yenilikçi olmaqla yanaşı, prinsiplərimizi də rəhbər tutmalıyıq. Fərqli problemləri olan ölkələri bir araya gətirən tək təşkilat QDİƏT olub. Bu təşkilat regional əməkdaşlığa töhfə verir", - Çavuşoğlu deyib.

Qeyd edək ki, təşkilata üzv olan ölkələr Rusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Yunanıstan və Türkiyədir.

Azvision.az



Teqlər: Türkiyə   Mövlud-Çavuşoğlu  





Xəbər lenti