Baş Qərargah rəisi minaaxtaranların hazırlığını yoxlayıb - VİDEO
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yeni yaradılan mühəndis taborlarının komplektləşdirilməsi işləri sürətlə davam etdirilir. Qardaş Türkiyədən gələn mütəxəssislər tərəfindən onların hazırlığı yüksək şəkildə həyata keçirilir. Azad edilən ərazilərin mühəndis-istehkam bölmələri tərəfindən minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinin də davam etdirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, dağlıq ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni yolların çəkilməsi üzrə mühəndis işləri icra edilir. Sonra hərbi hissənin təlim poliqonunda mühəndis-istehkamçılar təlim-məşq nümunələri nümayiş etdirib. Azad edilən ərazilərimizdə mühəndis işlərinin daha da sürətli aparılması ilə bağlı Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb. Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.
Azvision.az
Teqlər: Mina