Türkiyənin yeni hərbi attaşesi nazirə təqdim olunub
Ölkəmizdə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən general-mayor Z.Yalçın Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu vurğulanıb. Bildirilib ki, bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Tərəflər, həmçinin regiondakı hərbi-siyasi vəziyyəti, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Azvision.az
Teqlər: Türkiyə