Ukrayna Ali Radasına yeni spiker seçilib

Ukrayna Ali Radasına yeni spiker seçilib
  08 Oktyabr 2021    Oxunub:564
Ruslan Stefançuk Ukrayna Ali Radasının yeni spikeri seçilib.
Azvision.az “Ukrinform”a istinadla xəbər verir ki, onun namizədliyi “Xalqın xidmətçisi” fraksiyası tərəfindən irəli sürülüb. Stefançukun lehinə 261 deputat səs verib.

Xatırladaq ki, Stefançuk 2019-2021-ci illərdə prezident Vladimir Zelenskinin müşaviri, dövlət başçısının Ali Radada nümayəndəsi olub.

O, oktyabrın 7-də Ali Radanın sədri vəzifəsindən azad olunan Dmitri Razumkovu əvəz edəcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ukrayna   Ali-Rada   Spiker  





Xəbər lenti