"1011 hüquqşünas prokurorluq orqanlarında işə qəbul edilib" - Heydər Məmmədov
“Sevindirici haldır ki, gənc hüquqşünaslar hazırda Baş Prokurorluqda müxtəlif vəzifələrdə irəli çəkilirlər. Onların bir hissəsi şəhər və rayon prokuroru kimi, digər hissəsi Baş Prokurorluqda struktur qurumların rəhbərləri kimi fəaliyyət göstərirlər. Gənc hüquqşünasların bir neçəsi hətta ali xüsusi rütbəyə layiq görülüblər”.
Heydər Məmmədov vurğulayıb ki, hazırda 80 ştat vahidi üzrə elan olunmuş növbəti - sayca 23-cü müsabiqənin birinci, yəni, test imtahanı mərhələsi keçirilir. Əvvəlki illərdə olduğu kimi, test mərhələsi Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə təşkil olunub. Rəsmi olaraq qeydiyyata alınmış 400-dən çox namizəd prokurorluqda işə qəbul olunmaq üçün bu gün imtahan verir.
COVID-19 pandemiyası ilə əlaqədar imtahanın formatında dəyişiklik edildiyini vurğulayan Baş prokurorun müavini Heydər Məmmədov deyib:
“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu müsabiqə koronavirus pandemiyasının yayıldığı şəraitdə keçir. Ona görə də imtahanın formatında bəzi dəyişikliklər etməyə məcbur olduq. Qeydiyyatdan keçən 400-ə yaxın namizəd kiçik qruplara bölünərək ayrı-ayrı otaqlara yerləşdiriliblər və qoruyucu tibbi vasitələrlə təmin olunublar. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, eyni zamanda, əhalinin sağlamlığının qorunması hazırda dövlətimizin prioritet istiqamətlərindəndir. Prokurorluq orqanları da bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar”.
Azvision.az
Teqlər: Hüquqşunas