Türk iş adamları Azərbaycana gələcək

Türk iş adamları Azərbaycana gələcək
  08 Oktyabr 2021    Oxunub:652
Oktyabrın 12-də türk iş adamlarının Azərbaycana növbəti işgüzar səfəri gözlənilir.
Azvision.az xəbər verir ki, səfər zamanı pandemiya qaydalarına riayət etməklə şirkətlər azərbaycanlı şirkət rəhbərləri və satınalma müdirləri ilə görüşəcək, gələcək əməkdaşlıq imkanları müzakirə ediləcək. Səfər çərçivəsində türk sahibkarların yerli istehsal müəssisələrinə ziyarəti də nəzərdə tutulub. Layihə ilə maraqlanan, COVID-19 pasportu olan yerli sahibkarlar, iş adamları və şirkət rəsmiləri öncədən qeydiyyatdan keçməklə tədbirdə iştirak edə bilərlər.

Qeyd edək ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk iş adamları da iştirak edəcək.

Layihə İqtisadiyyat Nazirliyi, AZROMO, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) tərəfindən dəstəklənir və təşkilatçıları Türkiyə Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisidir.

Azvision.az


Teqlər: Türk  





Xəbər lenti