Azərbaycan Ordusu qışa hazırlaşır
İşğaldan azad edilən ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun bölmələrinin qış mövsümünə hazırlığına və təminat təchizatına xüsusi diqqət yetirilir. Şəxsi heyətin təchizat və təminatı qış ayları ərzində heç bir problem və çətinlik çəkmədən xidmət aparmağa imkan verəcək.
Qış istismar rejiminə keçidlə əlaqədar sərt iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz rejimində fasiləsiz xidmət aparmaq üçün hərbi hissələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlı şəkildə bütün zəruri tədbirlər həyata keçirilir.
Silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir. Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilərək ən çətin və soyuq iqlim şəraitində istismar olunması üçün döyüşə hazır vəziyyətə gətirilir.
Azvision.az