Merkel Ərdoğanla danışıqlar aparacaq

Merkel Ərdoğanla danışıqlar aparacaq
  08 Oktyabr 2021    Oxunub:553
Almaniya kansleri Angela Merkel oktyabrın 16-da Türkiyəyə səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Zaybert məlumat verib.

Onun sözlərinə görə, Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

"Türkiyə bizim üçün önəmli tərəfdaşdır. Bəzi fikir ayrılıqları və bizim tərəfimizdən tənqidlər var. Hesab edirik ki, tənqidlər birbaşa ifadə olunmalıdır. Türkiyənin geostrateji mövqeyi baxımından bizi birləşdirən bir sıra beynəlxalq mövzular var", - Zaybert deyib.

Hökumət rəmisi əlavə edib ki, görüşdə əsasən miqrasiya məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, Merkel oktyabrın 14-də İspaniyaya, bir gün sonra isə Belçikaya səfər edəcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Almaniya  





Xəbər lenti