Gürcüstan “3+3” formatında iştirak edəcəkmi?

  Gürcüstan  “3+3”  formatında iştirak edəcəkmi?
  08 Oktyabr 2021    Oxunub:661
Gürcüstanın Rusiya ilə birgə “3+3” formatında iştirakı çətin olacaq. Bununla belə, ölkə hansısa formada böyük geosiyasi layihələrdə iştirak etməlidir. Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani “3+3” regional əməkdaşlıq formatını şərh edərkən belə deyib.
Azvision.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Zalkaliani "ölkə ərazilərinin qaytrılması istiqamətində hər hansı addım atılmadığından belə formatda iştirak etməyin və ya hansısa infrastruktur layihələrindən danışmağın" çox çətin olduğunu bildirib.

- Cəmiyyətimiz bilməlidir ki, dövlət maraqlarımızı güzəştə getməmək şərtilə, belə böyük geosiyasi layihələrdə hansısa formada iştirak etməliyik. Ölkənin suverenliyi və ərazi bütövlüyü qırmızı xətdir. Regionda inkişaf etməkdə olan proseslərdən geri qalmamalı və hətta Gürcüstan ərazisindən kənar bütün layihələrdə, eləcə də infrastruktur layihələrində mütləq iştirak etməliyik. Əks halda, Gürcüstan öz rolunu və funksiyasını itirə bilər. Maraqlarımıza xələl gəlməməsi naminə dəqiq mövqe tutmaq zəruridir,- David Zalkaliani vurğulayıb.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İranlı həmkarı ilə Moskvada keçirdiyi birgə mətbuat konfransında bildirib ki, yaşanan problemlərə baxamyaraq, “3+3” formatında yaradılacaq mexanizmdə Gürcüstanın maraqlarına xidmət edən məqamlar da olacaq.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Rusiya   Gürcüstan  





Xəbər lenti