"Şuşa kimdədirsə, Cənubi Qafqazın hökmranı odur" - Ermənistan mediası

  "Şuşa kimdədirsə, Cənubi Qafqazın hökmranı odur" - Ermənistan mediası
  08 Oktyabr 2021    Oxunub:959
Ermənistanda Paşinyanın Qarabağ müharibəsi ərəfəsində səsləndirdiyi "Şuşa bədbəxt və qaranlıq şəhər idi” sözləri ilə bağlı qalmaqal davam edir.
Azvision.az xəbər verir ki, Ermənistanın baş nazirinin sözlərini təkrarlaması ölkədə birmənalı qarşılanmayıb. Müxalif “Blognews” saytı məlum açıqlama ilə bağlı dərc etdiyi təhlil yazısında Paşinyanı tənqid edib. Yazıda bildirilir ki, Paşinyan hələ də Şuşanın əhəmiyyətini dərk etmir.

- Baş nazir Nikol Paşinyan, Parlamentdə ermənilərin Şuşaya ehtiyac duymadıqları ilə bağlı tezisini bir daha təsdiqlədi. Şuşada olan hər kəs bilir ki, bura qeyri-adi şəhərdir. Şuşa tanrı tərəfindən inşa edilmiş bir qaladır. Ona nəzarət etmək bütün Qarabağa nəzarət etmək deməkdir. Şuşa Cənubi Qafqazda hökmranlığın açarıdır. Şuşa kimdədirsə, Cənubi Qafqazın hökmranı odur.

Ermənilər bu şəhərə nəzarət edəndə Qarabağ bizim, Zəngəzur təhlükəsiz idi. Biz bu bölgədə hakim hərbi-siyasi qüvvəyə çevrilmişdik. Şuşa əldən çıxandan sonra rollar dəyişdi. İndi hakim azərbaycanlılardır, biz isə təhdid altındayıq. Zəngəzuru itirməmək üçün Rusiya və İrana ehtiyacımız var. Ümidimiz yalnız onlaradır.

Xatırladaq ki, Paşinyan Litvada erməni diasporu ilə görüşü zamanı səsləndirdiyi “Şuşa bədbəxt və qaranlıq şəhər idi” demişdi. Onun Şuşanın azərbaycanlılara məxsus olması ilə bağlı bəyanatı o vaxt da erməni cəmiyyətində şok effekti yaratmışdı.

Tural Tağıyev

Azvision.az



Teqlər: Şuşa   Ermənistan  





Xəbər lenti