Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıb
  08 Oktyabr 2021    Oxunub:978
Mədəniyyət Nazirliyi bu gün vəfat etmiş Xalq artisti Ağakişi Kazımovla bağlı nekroloq yayıb.
Azvision.az - a daxil olan nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə itki üz verib.Görkəmli rejissor, Xalq artisti, Prezident təqaüdçüsü Ağakişi Kazımov 2021-ci il oktyabr ayının 8-də vəfat edib.

Ağakişi Şəmməd oğlu Kazımov 1935-ci il iyun ayının 28-də Ağcabədi rayonunda dünyaya göz açıb.

A.Kazımov 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyoru fakültəsində ali təhsil alıb. 1960-cı ildə Quba Dövlət Dram Teatrına baş rejissor təyin olunub. 1964-cü ildə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsinə daxil olub.

1969-1970-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında direktor, sonralar isə baş rejissor vəzifəsində çalışıb.

A.Kazımov 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Görkəmli sənətkar Ağakişi Kazımovun əziz xatirəsi doğmalarının, sənət dostları və sevənlərinin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!".

Azvision.az



Teqlər: Ağakişi-Kazımov   Nekroloq  





Xəbər lenti