"İŞİD" Əfqanıstandakı partlayışın məsuliyyətini öz üzərinə götürdü

"İŞİD" Əfqanıstandakı partlayışın məsuliyyətini öz üzərinə götürdü
  08 Oktyabr 2021    Oxunub:591
“Xorasan İslam Dövləti" terror qruplaşması Əfqanıstanın Kunduz əyalətindəki məsciddə törədilən partlayışın məsuliyyətini öz üzərinə götürüb.
Azvision.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Terror qruplaşması partlayışın kamikadze tərəfindən törədildiyini açıqlayıb. İnsanların sıx olduğu vaxtda terrorçu üzərində olan partlayıcı kəməri işə salıb.
Hadisə nəticəsində 46 nəfər ölüb, 140 nəfər yaralanıb.

"Taliban" hərəkatının sözçüsü Zabiulla Mücahidin sözlərinə görə, xüsusi təyinatlılar partlayış yerinə gedib və araşdırma aparılır.

Azvision.az



Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti