Çavuşoğlu Qoşulmama Hərəkatının yubiley toplantısında iştirak edəcək

Çavuşoğlu Qoşulmama Hərəkatının yubiley toplantısında iştirak edəcək
  09 Oktyabr 2021    Oxunub:927
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qoşulmama Hərəkatının yubiley toplantısında iştirak edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Çavuşoğlu venesuelalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

XİN rəhbəri sabah Serbiyaya yola düşəcəyini, paytaxt Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçiriləcək yüksək səviyyəli yubiley toplantısında iştirak edəcəyini qeyd edib.

O, Türkiyənin Qoşulmama Hərəkatının üzvü olmadığını da xatırladıb.

Azvision.az



Teqlər: Türkiyə  





Xəbər lenti