Sentyabrda 4 marşrut xətti nağdsız ödəniş sisteminə keçib

Sentyabrda 4 marşrut xətti nağdsız ödəniş sisteminə keçib
  08 Oktyabr 2021    Oxunub:667
Ötən ay 4 marşrut xətti nağdsız ödəniş sisteminə keçid edib.
Bu barədə Azvision.az - a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, sentyabrda avtobuslarla 33,6 milyon səyahət qeydə alınıb. Həmçinin, 2 futbol oyunu üzrə 6 min sərnişin daşınıb. Keçən ay 1 marşrut xəttinin hərəkət sxemi təkmilləşdirilib və qəsəbədaxili 190 nömrəli marşrut xətti təşkil olunub. Təkmilləşdirilən və yeni təşkil edilən marşrutlar üzrə 5 mindən artıq sərnişin daşınıb.

Azvision.az



Teqlər: BNA  





Xəbər lenti