"Müharibə və dağıntılar keçmişdə qalmalıdır" - Almaniya səfiri

"Müharibə və dağıntılar keçmişdə qalmalıdır" - Almaniya səfiri
  08 Oktyabr 2021    Oxunub:541
"Gəncə şəhərində müharibə və dağıntılar keçmişdə qalmalıdır".
Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq öz "Twitter" səhifəsində yazıb.

"Gəncəyə səfərim zamanı şəhərin dağıdılmış ərazilərini də ziyarət etdim. Böyük şair Nizaminin ruhunda Gəncədəki müharibənin və dağıntıların birdəfəlik keçmişdə qalması üçün barışığa səslədim", - səfir bildirib.

Xatırladaq ki, 44 günlük Qarabağ müharibəsi zamanı döyüş bölgəsindən kənarda yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə dəfələrlə Ermənistan silahlı qüvvələrinin hücumuna məriz qalıb. Şəhərin raket atəşinə tutulması nəticəsində zamanı qadınlar və uşaqlar da daxil olmaqla çox sayda mülki şəxslər həlak olub.

Azvision.az



Teqlər: Almaniya-səfiri   Gəncə  





Xəbər lenti