"Facebook" və "Instagram"ın işində problem yaranıb

"Facebook" və "Instagram"ın işində problem yaranıb
  08 Oktyabr 2021    Oxunub :489
Dünyanın bir sıra ölkələrində "Facebook" və "İnstagram" sosial şəbəkələrinin işində nasazlıq yaranıb.
Azvision.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.

"Facebook"la əlaqədar problemlər Bakı vaxtı ilə 22:20-də, "İnstagram"la bağlı isə 22:27-də qeydə alınıb. Bildirilir ki, sosial şəbəkələrin işindəki nasazlıqlar əsasən ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, İtaliya, Rusiya, Fransa və bir sıra digər ölkələrdə yaranıb.

İstifadəçilərin əksəriyyəti sosial platformalardakı problemlərdən, veb-saytın işləməməsindən şikayətlənirlər. Həmçinin, qeydiyyatdakı çətinliklərdən də narazılıq edirlər.

Xatırladaq ki, bazar ertəsi günü də dünyanın hər yerində "Facebook", "Instagram" və "WhatsApp" istifadəçiləri bir neçə saat davam edən problemlə üzləşdilər. Bu, "Facebook" üçün 2008 -ci ildən bəri ən uzun müddətli kəsinti idi.

Azvision.az

Teqlər: İnstaqram  







Xəbər lenti