Batumidə binanın çökməsinə görə 3 nəfər saxlanılıb

Batumidə binanın çökməsinə görə 3 nəfər saxlanılıb
  09 Oktyabr 2021    Oxunub:573
Gürcüstanın Batumi şəhərində yaşayış binasının çökməsi ilə bağlı aparılan istintaq çərçivəsində 3 nəfər saxlanılıb.
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İstintaq və əməliyyat tədbirləri nəticəsində 3 nəfər saxlanılıb. Onlardan biri binanın birinci mərtəbəsindəki mənzilin sahibidir. Digər iki nəfər isə onun mənzilində təmir-bərpa işləri aparan şəxslərdir. Müəyyən edilib ki, təmir işləri zamanı təhlükəsizlik qaydaları kobud şəkildə pozulub", - açıqlamada deyilir.

Xatırladaq ki, indiyədək binanın dağıntıları altından 5 nəfərin meyiti çıxarılıb. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Batumi   Dağıntı  





Xəbər lenti