Türkiyə ilə İran Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

 Türkiyə ilə İran Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
  09 Oktyabr 2021    Oxunub:974
Ankarada Türkiyə və İran Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyə nümyəndə heyətinə xarici işlər nazirinin müavini Sədat Önal, İran heyətinə isə xarici işlər nazirinin müavini Əli Baqeri Kənin rəhbərlik ediblər.

Məlumata görə, məsləhətləşmədə ikitərəfli əlaqələrlə yanaşı Suriya, Əfqanıstan, Cənubi Qafqaz, Yəmən başda olmaqla regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   İran  





Xəbər lenti