Taliban Moskva görüşündə iştirak edəcək?

Taliban Moskva görüşündə iştirak edəcək?
  09 Oktyabr 2021    Oxunub:522
“Taliban” Moskvada keçirilməsi planlaşdırılan Əfqanıstan üzrə görüşdə iştirak etməklə bağlı hələ qərar verməyib.
Azvision.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi deyib.

Bundan əvvəl Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin departament direktoru Zamir Kabulov “Taliban”ın oktyabrın 20-də Moskvada keçiriləcək görüşə dəvət edildiyini bildirib.

"Taliban" Moskva sammitinə qatılıb-qatılmayacağına hələ qərar verməyib" , - Kərimi söyləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Taliban   Moskva   Görüş  





Xəbər lenti