Viktoriya Nuland Rusiyaya səfər edəcək

Viktoriya Nuland Rusiyaya səfər edəcək
  09 Oktyabr 2021    Oxunub:538
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland 11-13 oktyabr tarixlərində Moskvaya səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyb.

Onun sözlrinə görə, səfər Amerika tərəfinin istəyi ilə baş tutacaq.

"ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın 11-13 oktyabr tarixlərində Rusiyaya səfəri ilə bağlı razılıq əldə edildiyini təsdiqləyirik",- Zaxarova söyləyib.

Əlavə edib ki, o, Rusiya Xarici İşlər Nazirliyində və digər rəsmi qurumlarda bir sıra görüşləri keçirəcək. Nuland Moskvadan sonra oktyabrın 14-də Beyruta, 15-də isə Londona səfər edəcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti